11 May 2015 13:20
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş nazirlərdən olan Silvia Berluskoni partiya toplantısında çıxışını bitirdikdən sonra səhnədə yıxılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mayın 31-də ölkədə baş tutacaq seçki kampaniyası çərçivəsində “İrəli İtaliya” partiyasının sədri Berluskoni Ligurya bölgəsinə səfər edib. Çıxışı zamanı o, Demokratlar partiyasının baş katibi və İtaliyanın hazırki baş nazir Matteo Renzini tənqid edib. Sözünü bitirdikdən sonra səhnədən enməyə çalışan partiya sədri müvazinətini itirib.

Mühafizəçilərinin köməyi ilə ayağa qalxan Berluskoni mikrofona yaxınlaşaraq, bu hadisədə solçuların günahının olduğunu deyib.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər