11 May 2015 15:34
2 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəminin kapitanı həlak oldu, yaralılar var

Türkiyə şirkətlərindən birinə məxsus “Tuna-1” quru yük gəmisi Liviyanın dəniz limanına yaxınlaşarkən sahildən top mərmiləri ilə atəşə tutulub.

Teleqraf.com-un xəbərinə görə, Türkiyə XİN-dən verilən açıqlamada gəmiyə fasilələrlə iki dəfə hava zərbəsi endirildiyi bildirilir. Türkiyə XİN gəminin hücuma məruz qalmasını qınayıb və hadisə ilə əlaqədar öz etirazını bildirib.

Nəticədə Türkiyə vətəndaşı olan gəminin 3-cü kapitanı həlak olub. Gəmiyə xeyli maddi zərər dəydiyi bildirilir.

Gəmi İslandiya bayrağı ilə üzürmüş.

Nihad


Müəllif: