11 May 2015 19:52
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentindən bildiriblər ki, görüş sabah Soçidə keçiriləcək.

C. Kerri Putinlə yanaşı həmkarı Sergey Lavrov və Rusiyanın digər rəsmi şəxsləri ilə danışıqlar aparacaq. Müzakirələrdə əsas diqqət İran, Suriya və Ukrayna məsələlərinə, habelə ABŞ-Rusiya münasibətlərinə yetiriləcək.


Qeyd edək ki, Kerrinin Soçiyə səfəri mayın 11-dən başlayır.


Müəllif:

Oxşar xəbərlər