Çində fəaliyyət göstərən “Tiens Group” Korporasiyası 6400 işçisini Fransa və Monakoya gəzintiyə aparıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu təşəbbüs korporasiyanın yaradıcısı və rəhbəri Li Jinyuan tərəfindən irəli sürülüb.
Kütləvi gəzintinin səbəbi isə korporasiyanın yaranmasının 20 illiyini qeyd etmək olub. İşçilər korporasiyanın 20 illiyini Fransa və Monakoda dörd günlük istirahət etməklə qeyd ediblər.
Korporasiyasının bu gəzintiyə 15 milyon dollardan artıq xərc çəkdiyi bildirilir.