12 May 2015 12:13
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland Kubada 1959-cu il inqilabının liderləri Fidel və Raul Kastro ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Olland səfər zamanı Kuba iqtisadiyyatına böyük ziyan vuran embarqonun ləğvinin vacibliyini vurğulayıb.

Yayılan məlumatlara görə, Fransanın “Total” neft-qaz şirkəti ilə Kubanın “CubaPetroleo” dövlət neft şirkəti arasında neft yataqlarının kəşfiyyatı haqqında saziş imzalanıb.

Qeyd edək ki, Olland 1898-ci ildən bəri Kubaya səfər edən ilk Fransa prezidenti və 1980-ci ildən sonra adada olan ilk Qərb lideridir.

Samir


Müəllif:

Oxşar xəbərlər