12 May 2015 13:08
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyənin yük gəmisinin Liviya sahillərində artilleriya atəşinə tutulması ilə bağlı Liviyaya etiraz notası göndərib.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Nazir vurğulayıb ki, Ankara türk gəmisinin güllələnməsini qınayır və Liviya tərəfini müqəssirlərin tapılması və cəzalandırılmasına çağırır.

Bir gün əvvəl Liviya sahilləri yaxınlığında yerləşən Türkiyə gəmisi havadan və sudan atəşə tutulub. Atəş nəticəsində kapitan köməkçisi həlak olub, daha bir neçə ekipaj üzvü yaralanıb.


Müəllif:

Oxşar xəbərlər