Türkiyədə 30 yaşlı Ersen İlhanın boşandığı həyat yoldaşının 28 yaşlı sevgilisi Yunus Dəvəçi ilə mübahisəsi qanla bitib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus sürücüsü olan Ersen ofisiant işləyən Yunus Dəvəçinin işlədiyi məkanın qarşısına gəlib.
Gecə saat 03.00-də işdən çıxan Dəvəçi ilə Ersen İlhan arasında çıxan mübahisə qısa müddətdə bıçaqlı davaya çevrilib. Dəvəçi ilə Ersen bir-birini bıçaqlayıb. Səsə oyanan sakinlər polis çağırıblar.
Hadisə yerinə gələn təcili yardım yaralıları Adana xəstəxanasına aparıb. Ağır yaralanan Ersen xəstəxanaya çatdırılsa da, onu həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun avtobusunda üzərində “ Hər kəs çox sevdi, mənsə əksiklərinlə sevdim” şəkil tapılıb.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Rüstəm