Moksvada Kutuzov prospektində yaşayış binasında partlayış olub.
Teleqraf.com-un yaydığı xəbərə görə, partlayış qaz sızması nəticəsində baş verib. Hadisədən sonra binada yanğın başlayıb.
Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
“Hazırda hadisə baş verən binanın bir neçə pəncərəsindən tüstü çıxır. Hadisə yerinə yanğınsöndürənlər briqadası gəlib.
Binanın birinci mərtəbəsində poliklinika, bir neçə dükan və Al Jazeera International Limited televiziya şirkətinin Moskvadakı nümayəndəliyi yerləşir”, - deyə, mənbə bildirib.
Ülviyyə