Afrika ölkəsi olan Burundidə hərbçi çevriliş nəticəsində prezident Pyer Nkurunziza vəzifəsindən azad edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Burundi ordusunun generallarından biri açıqlama verib. Onun sözlərinə görə, Nkurunziza hazırda xüsusi nəzarətdə saxlanılır.
Qeyd edək ki, Nkurunzizanın iyunun 26-da kçeiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi ölkədəki müxalif cəbhənin narazılığına səbəb olub. Onlar bunun ölkə konstitusiyasına zidd olduğunu bildiriblər.
Samir