14 May 2015 08:54
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın müdafiə nazirliyi İslam Dövləti qrupunun ikinci hərbi liderinin öldürüldüyünü xəbər verir.

Nazirliyin məlumatına görə, o ölkənin şərqində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı ölüb.

Nazirliyin sözçüsü Tahsin Ibrahimin mayın 13-də verdiyi məlumata görə, Tal-Afar şəhərindəki məsçid vurularkən , yaraqlıların ikinci lideri Abdul Rahman Mustafa Mohammed də orda olub.O həm də , Abu Alaa al-Afri kimi tanınır.

İbrahimin sözlərinə görə, Abdul Rahman Mustafa Mohammed həmin vaxt məsçidə yaraqlılarla görüş keçirirmiş.

Əməliyyat zamanı həmçinin onlarla yaraqlının öldüyü bildirilir.

ABŞ rəsmiləri hələlik məlumata münasibət bildirməyib.


Müəllif:

Oxşar xəbərlər