Əfqanıstanın paytaxtı Kabildə Park Palace adlı mehmanxanaya hücum edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı şəhər polis rəisi Abdul Rəhman Rəhimi açıqlama verib. Onun sözlərinə görə, naməlum silahlılar tərəfindən təşkil edilən hücum zamanı 5 nəfər ölüb, 5-i isə yaralanıb. Ölənlərin xarici ölkə vətəndaşları olduğu bildirilib.
Rəhimi 6 saat davam edən əməliyyat zamanı silahlıların öldürüldüyünü, 54 girovun isə azad edildiyini açıqlayıb.
Samir