Rusiyadan Donbasa 26-cı humanitar yardım karvanı yola düşüb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Karvan Rostov vilayətinin Donskov xilasetmə mərkəzindən hərəkətə başlayıb.
100 avtomobildən ibarət karvana 1,1 ton yardım daxil edilib. Bunların arasında qida məhsulları və tikinti materialları üstünlük təşkil edir.
Qeyd edək ki, Rusiya ötən ilin avqustun ortalarından Donetsk və Luqanska təxminən 33 min ton humanitar yardım göndərib.
Samir