22 May 2014 14:33
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Luqansk Respublikasının lideri Valeri Bolotov Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Axar.az xəbər verir ki, Bolotov Putindən “respublika” ərazisinə sülhməramlı qoşun yeridilməsini xahiş edib. Müraciətdə deyilir:

“Bu gün saat 04:00-dən etibarən Ukrayna ordusu mülki vətəndaşlara qarşı təcavüz həyata keçirib. Qeyri-legitim Kiyev hakimiyyəti Luqanskda cəza əməliyyatına başlayıb. Onun qoşunları respublikanın regionlarını işğal etməyə davam edir, vətəndaşların həyatına təcavüz edir”.

Müraciətdə eyni zamanda qeyd edilib ki, “Luqansk respublikası”nın cəza əməliyyatını dayandırmaq üçün yerətincə qüvvəsi yoxdur. Bolotov ümid edir ki, Rusiya regionda Ukrayna hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış humanitar fəlakət başlamamış sülhməramlı qoşunların yeridilməsi ilə bağlı qərar qəbul edəcək.


Müəllif: