Ermənistanda əsgər anaları yenidən aksiya keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar Serj Sarqsyan başda olmaqla hökümətin istefasını tələb ediblər. Orduda ölmüş ermənilərin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.
Mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polis əsgər analarına zor tətbiq etməkdən çəkinməyib. Lakin, qəzəblənmiş kütlənin qarşısnı almaq mümkün olmayıb.
Etirazçılar prezident Serj Sarkisyanın, ölkənin müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar və bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə də çağırıblar.