15 May 2015 08:53
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland Ukraynanın şərqində atəşkəs rejiminin pozulmasının yolverilməz olduğunu bildirib.

O belə bir bəyanatla mayın 14-də Almaniyanın Aachen şəhərində Ukrayna prezidenti Petro Poroşenko ilə qısa görüşdən sonra çıxış edib.

Olland qeyd edib ki, bu gün atəşkəsin pozulması hallarını müşahidə edirik, yeni zorakılıq riski var və biz bununla bağlı xəbərdarlıq etməliyik.

Poroşenko həmçinin Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker və Avropa Şurasının prezidentiDonald Tuskla görüşüb.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.


Müəllif:

Oxşar xəbərlər