16 May 2015 08:30
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq alimlər qrupu qənaətə gəlib ki, həkimlər infarkt, insult və ya vaxtsız ölüm riskini əl sıxma gücünün sadə analizi nəticəsində qiymətləndirə bilər.

Tədqiqat nəticələri “Lancet” Britaniya tibb jurnalında dərc olunub. 14 ölkədə 140 min pasiyentə klinik müşahidələr ona dəlalət edir ki, həkimlər qan təzyiqinin analizindən daha etibarlı ola bilən sadə və ucuz ürək-damar xəstəlikləri riskini qiymətləndirmək üsuluna malik ola bilərlər.

Lakin ekspertlər əl sıxma gücü və ürək-damar sisteminin vəziyyəti arasında əlaqənin qeyri-müəyyən qaldığını və əlavə tədqiqata ehtiyac olduğunu qeyd edir. Məlumdur ki, yaş artdıqca barmaqların sıxma gücü azalır.
“Bizə hələ barmaq əzələlərinin möhkəmlənməsi üzrə məşqlərin vaxtsız ölüm ya ürək-damar xəstəlikləri riskini azaldıb-azaltmadığını müəyyən etmək lazımdır”, - layihə iştirakçılarından biri Kanada McMaster Universitetindən doktor Darryl Leong deyir.

Güc və səhhət kiloqramları

“Lancet” jurnalında dərc olunmuş tədqiqat nəticələri göstərir ki, əl sıxma gücünün azalması ilə ən çox yayılmış ürək-damar xəstəliklərinə tutulmaq riski artır. Təxminən 25 yaşlı qadınların barmaqlarının sıxma gücü təqribən 34 kiloqram olur, 70 yaşa yaxın isə 25 faiz zəifləyir.

Eyni yaşda kişilər üçün bu rəqəmlər, müvafiq olaraq, 54 kiloqram və 34 kiloqram təşkil edir. Tədqiqatlar göstərir ki, əl sıxma gücünün 5 kiloqram azalması vaxtsız ölüm riskinin 16 faiz artmasına gətirir. Bu zaman infarkt səbəbindən ölüm riski 17%, insult səbəbindən – 9% artır.

Hazırda həkimlər bu kimi xəstəliklərə tutulma riski yaş, siqaret çəkmək, çəki, qanda xolesterin səviyyəsi, arterial təzyiq, yaşayış yeri və ailə xəstəlikləri tarixinə dair suallar ehtiva edən sorğu vərəqəsini doldurma yolu ilə müəyyən edirlər.

Tədqiqatçılar barmaqların sıxma gücünün analizi eləcə arterial qan təzyiqi analizindən daha etibarlı və dəqiq ürək-damar sistemi xəstəliklərinin proqnoz üsulu olduğunu israr edir. Bir şey aydın deyil: nə üçün ürək halının pisləşməsi əl sıxma gücünün azalmasına gətirir? Bəzi həkimlər hesab edir ki, barmaq əzələlərinin sıxma gücünün zəifləşməsi arteriyaların elastikliyinin azalması ilə bağlıdır.


Müəllif: