15 May 2015 20:07
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada aşkar olunduğu gündən bu yana QİÇŞ-dən ölənlərin sayı 192 min nəfərdən çoxdur.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal İstehlakçı Hüquqlarının Qorunması Agentliyi məlumat yayıb. Agentlik hər il QİÇŞ xəstəliyinə yoluxanların sayında 10 faiz artım müşahidə olunduğunu qeyd edib.

Hazırda Rusiyada 933 min qeydiyyatda olan QİÇŞ xəstəsi var ki, bunlardan çoxunu qadınlar təşkil edir. Agentlik bu ilin sonuna qədər belə xəstələrinin sayının 1 milyona çata biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Samir


Müəllif:

Oxşar xəbərlər