Türkiyənin Bursa vilayətində “TOFAŞ” avtomobil şirkətinin əməkdaşları tətil elan ediblər.
Trend “Milliyet” qəzetinə istinadən xəbər verir. Şirkət işçiləri əmək haqqının az olmasına etiraz edirlər. Aksiyada iştirak edənlərin sayı 4,5 minə çatıb.
Dünən elə bu vilayətdə “Renault” şirkətinin əməkdaşları da əmək haqqının az olmasına görə işlərini dayandırmışdılar.