Meksika peykini orbitə çıxaracaq “Proton” raketi nasazlığa görə uçuşu başa vura bilməyib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, raket Şərqi Sibirdə yerə düşüb. Rusiya kosmik agentliyinin məlumatına əsasən, raketin düşdüyü ərazidə dağıntı və tələfat baş verməyib.
Meksikanın “MexSat-1” kosmik gəmisini daşıyan "Proton-M" raketi Baykonur kosmodromundan şənbə günü Qrinviç vaxtilə 05:47-də göyə qalxıb. Mütəxəssislər uçuşun 500-cü saniyəsindən sonra nasazlığın aşkar olunduğunu deyiblər.
Qəzanın səbəbləri müəyyən edilənədək “Proton” raketlərinin buraxılması dayandırılıb.
Samir