ABŞ xüsusi təyinatlıları Suriyanın şərqində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 10 silahlısını məhv edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD liderlərindən biri Əbu Səyyaf məhv edilib, onun həyat yoldaşı Ümm isə saxlanılıb.
Məlumata görə, Əbu Səyyaf İŞİD-in əsas gəlir mənbəyi olan neftin Suriya və İraqda qanunsuz hasilatının əsas əlaqələndiricilərindən biri olub. O həmçinin İŞİD-in hərbi əməliyyatlarında da iştirak edib. Əbu Səyyafın saxlanılan həyat yoldaşının da terror fəaliyyəti ilə məşğul olduğu bildirir.