Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Azərbaycan əsilli iş adamı Rza Zərrabın son 3 ildə dövlətə nə qədər vergi ödədiyini açıqlayıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu bildirib ki, Rza Zərrab 2011-ci ildə kirayə bazarından gəlir əldə etdiyini qeyd edib və 18 min 800 türk lirəsi vergi ödəyib.
Partiya sədri həmçinin qeyd edib ki, Zərrab 2012-ci ildə də kirayə biznesindən gəlir əldə etdiyini bildirib və 30 min 400 türk lirəsi vergi ödəyib.
Kılıçdaroğlunun sözlərinə görə, Rza Zərrab 2013-cü ildə biznes fəaliyyətindən əldə etdiyi gəlirdən 133 min türk lirəsi vergi ödəyib.