18 May 2015 08:29
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Çohar və Tamerlan Tsarnayev qardaşlarının Bostonda 2013-cü ildə keçirilən marafonda törədilmiş partlayış hadisəsinin əsas fiqurları olduğuna inanmır.

Kadırov "ABŞ xüsusi xidmət orqanlarının xəbəri olmadan" Tsarnayevlərin bu terror aktını törətdiklərinə, "əgər törədiblər sə", inanmadığını" İstaqram səhifəsində yazıb.

"Boston faciəsinin törədilməsində iştirakda ittiham olunan ABŞ xüsusi xidmət orqanlarına qurbanlıq lazım idi. Tsarnayev onlara qurbanlıq oldu", Kadırov İnstaqam səhifəsində yazıb.

"Kim təminat verə bilər ki, Tsarnayevi edam edəndən sonra onun günahkar olmadığı məlum olmayacaq? ABŞ-da belə hadisələr tez-tez baş verir. Tsarnayev, Amerikaya inanıb bu ölkəyə gələndə, onun cəmi 9 yaşı olub. Amerika isə onu terrorçuya çevirdi", Çeçenistan rəhbəri qeyd edib.

Cümə günü ABŞ hakimləri 2013-cü il Boston marafonunda partlayış törətməkdə ittiham olunmuş Çohar Tsarnayevə ölümə hökmü kəsiblər.

Onun qardaşı Tamerlan Tsarnayev partlayışdan bir neçə gün sonra polislə atışmada öldürülmüşdü.


Müəllif:

Oxşar xəbərlər