22 May 2014 16:56
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürdlər “erməni soyqırımı”nın həyata keçirilməsində iştirak ediblər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə kürd əsilli məşhur Türkiyə siyasətçisi Hatip Diclə çıxış edib. O, kürdlərin bir zamanlar törətdiyi qətllərə görə, ermənilərdən üzr istədiyini bildirib:

“Bütün xalqların olduğu kimi kürdlərin də tarixində qara ləkələr var və intellektuallar, siyasətçilər bunu dilə gətirməkdən utanmamalıdırlar. Biz kürdlərin bu soyqırımda iştirakını öz babalarımızdan eşitmişik. Bu gün ermənilər üçün matəmdir. Bu, elə bizim də matəmimizdir”.

Qeyd edək ki, Hatip Diclə kürd millətçilərindən hesab edilir. O da kürdlərə muxtariyyət və müstəqillik əldə etmək uğrunda çalışır. Keçmiş millət vəkilinin PKK ilə əlaqəsi olduğu iddia edilir.


Müəllif: