İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Suriyanın Hələb şəhərində üç yerli sakini edam edib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, edama səbəb yerli sakinlərin casusluq etdirməsi göstərilib. İŞİD-in məhkəməsindən sonra icra olunan qərara mülki şəxslər etirazlar etsələr də, heç bir nəticə verməyib. Edam edilənlərdən ikisi kişi, biri qadındır.