ABŞ rəsmi Pxenyanın BMT qətnamələrinə əməl etmədiyi təqdirdə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Cənubi Koreyanın xarici işlər naziri ilə görüşün yekunlarına dair mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Şimali Koreya hökuməti nüvə problemi və ballistik raketlərin hazırlanması problemi üzrə dialoq aparmaq istəmədiyini bildirib.
Kerri rəsmi Pxenyanın danışıqlara başlamaq üçün standartlarına doğru yaxınlaşmadığını qeyd edib. ABŞ dövlət katibi bu məsələdə İranla başlanan dialoqu göstərib.
Samir