Məşhur aktyor Xavyer Bardem narkotik qaçaqmalçısı Pablo Eskobarın həyatı haqqında çəkiləcək filmdə oynayacaq.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Filmdə aktyorun həyat yoldaşı Penelopa Krus da çəkiləcək.
Ekran işi "Eskobar" adlanacaq. Filminin ssenarisini Pablo Eskobarın bioqrafiyasının yer aldığı 'Loving Pablo, Hating Escobar' kitabının müəllifləri Virciniya Vallejo və ssenarist Fernando Leon Ataona yazacaqlar.
Qeyd edək ki, kolumbiyalı narkotik qaçaqmalçısı Pablo Eskobar narkotikdən əldə etdiyi qazanca görə 1989-cu ildə Forbes jurnalı tərəfindən "Dünyanın ən zəngin adamı" elan edilmişdi. Kolumbiya parlamentinə deputat seçilən Eskobar siyasi gücü sayəsində uzun müddət həbs edilməyib.
Rüstəm