20 May 2015 08:56
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federal parlamentinin spikeri Norbert Lammert gələn ay Misir prtezidenti Əbdülfəttah Sisi ilə nəzərdə tutlan görüşünü ləğv edib.

ANS PRESS-in məlumatına görə, Federal parlament bu barədə Misirin Berlindəki səfirliyinə yazılı bəyanat göndərib.

Bəyanatda görüşün ləğv olunmasına ölkədə insan hüquqlarının pozulması səbəb kimi göstərilib.

“Uzun müdətdir parlament seçkisinin vaxtının müəyyən olunması əvəzinə müxalif qrupların sistemli şəkildə kütləvi həbsini, uzun məhkumiyyət qərarlarını və aralarında sabiq məclis spikeri Səəd Katatninin də olduğu çox sayda insan barəsində edan qərarı verildiyini müşahidə edirik.” – deyə bəyanatda qeyd edilib.

Bəyanatda, ölkədə daxili sülhü və demokratiyanı bərqərar edə bilməyən Sisi ilə Lammertin görüşməsi üçün heç bir səbəb olmadığı vurğulanıb.

Xatırladaq ki, Misir məhkəməsi ötən həftə sabiq prezident Məhəmməd Mursi də olmaqla 106 şübhəli barədə edam qərarı verib. Həmin qərar fikrini bildirməsi üçün müftiliyə göndərilib.

Qeyd edək ki, gələn ay Əbdülfəttah Sisinin Almaniyaya rəsmi səfər getməsi və Federal Parlamentin spikeri Norbert Lammertlə görüşü gözlənilirdi.


Müəllif:

Oxşar xəbərlər