“Ukrayna Rusiya ilə müharibə şəraitindədir”.
Teleqraf.com xəbər verir ki, bunu BBC-ə müsahibəsində Ukrayna prezidenti Petro Poroşenko deyib. Onun sözlərinə görə, rusiyapərəst hərbi birləşmələr Ukraynanın şərqində yay əməliyyatları üçün xüsusi hazırlıq keçir və bu da növbəti aylarda vəziyyətin gərginləşə biləcəyindən xəbər verir: “Biz buna hazır olmalıyıq. Onlara provokasiya üçün heç bir əsas vermirik. Ona görə də bütün məsuliyyət separatçıların üzərinə düşür”.
BBC müxbirinin “Putinə etibar etmədiyi halda onunla necə danışıqlar aparmaq olar?” sualına isə Poroşenko başqa çarəsinin olmadığı cavabını verib: “Mənim başqa çarəm yoxdur. Ancaq mən düşünürəm ki, Ukraynanın ərazi bütövlüyünü hərbi yolla qoruya bilərik”.
Samir