Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Ki Munun Şimali Koreya ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə gözlənilən səfəri təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda səfərin Munun öz istəyi ilə ləğv edildiyi bildirilib.
Şimali Koreya rəhbərliyinin dəvətilə Pan Ki Mun Cənubi və Şimali Koreya arasındakı əməkdaşlığın simvolu olan Kaesong Sənaye kompleksinə gələcəyi müəyyən olunub.
Amma Cənubi Koreyadan sonra Şimala keçməsi gözlənilən Munun bu səfər baş tutmayıb. Halbuki BMT Baş katibi Koreya yarımadasında sabitlik və sülh naminə nəyin bahasına olursa olsun, əlindən gələni etməyə hazır olduğunu söyləyib.
Samir