20 May 2015 19:46
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monitorinq qrupunun bildirdiyinə görə, "İslam Dövləti" (İD) qurumu döyüşçüləri Suriyanın UNESCO tərəfindən qorunan və Dünya İrsi siyahısına salınmış qədim Palmira şəhərinin şimal hissəsini ələ keçiriblər.

Silahlıların ələ keçirdikləri Tadmir adlı rayon Palmiranın tarixi mərkəzinə aparan strateji əhəmiyyətli yolda yerləşir. İD döyüşçüləri bu ərazini ilk dəfə şənbə günü tutsalar da, tezliklə geri oturdulmuşdular.

UNESCO Palmira şəhərində eramızın əvvəlinə aid tarixi və arxeoloji əhəmiyyətli xarabalıqların qaldığını bildirir. Həmin tarixi-arxeoloji abidələrin İD döyüşçüləri tərəfindən məhv ediləcəyindən ehtiyat olunur.

Monitorinq qrupuna əsasən, ərazinin üçdə birini İD silahlıları ələ keçirib.


Müəllif:

Oxşar xəbərlər