22 May 2014 19:14
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya meylli qüvvələr Ukraynanın Donetsk vilayətində yerləşən blokposta hücum edib.

Bu barədə Ukrayna prezidentliyinə namizəd Renat Kuzminin seçki qərargahının yaydığı məlumatda bildirilir.

Donetsk vilayətinin sakinlərinin sözlərinə görə, separatçılar Olqinka və Uqledar vilayətlərində blokposta hücum ediblər. Belə ki, onlar avtomobillərlə blokposta gələrək burada Ukraynalı əsgərlərə atəş açıblar.

İlkin məlumatlara görə, hadisə nəticəsində 30-36 Ukrayna hərbçisi ölüb, 30-dan çox insan isə yaralanıb./azvision/


Müəllif: