21 May 2015 14:17
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı qanunu imzalayıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, müqavilənin ratifikasiyası ilə bağlı qanun mayın 19-da parlament tərəfindən təsdiqlənib.

Atambayev deyib ki, Avrasiya İqtisadi İttifaqına daxil olmamız bizim mallara üzv ölkələrin 200 milyonluq bazarına yol açacaq.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə müqavilə Belarus, Qazaxıstan və Rusiya liderləri tərəfindən 2014-cü ildə Astana şəhərində imzalanıb. 2015-ci ilin yanvarında müqaviləyə Ermənistan qoşulub.

Samir


Müəllif: