21 May 2015 15:20
501

"Şərq Tərəfdaşlığı" proqramı Rusiya əleyhinə yönəlməyib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Riqada verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, bu proqram Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya birliyini nəzərdə tutur. Son üç ölkə ötən il Aİ ilə assosiasiya haqqında saziş imzalayıblar: “Sammitin əsas məqsədlərindən biri Rusiyanın qonşu dövlətlərlə və Avropa Birliyi ilə sıx tərəfdaşlıq əlaqələrini gücləndirməkdir. Bizim Azad Ticarət Zonasının yaradılması ilə bağlı bəzi narahatlıqlarımız var. Bunun üçün də Rusiya ilə danışıqlar aparmaq vacibdir”.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" sammiti mayın 22-ə qədər davam edəcək.

Samir


Müəllif: