22 May 2015 09:04
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya prezidenti Andris Berzinş Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramını gələcəyin siyasəti adlandırıb.

Bu barədə Andris Berzinş “Şərq Tərəfdaşlığı”nın Riqada keçirilən sammitinə gələn dövlət və hökumət rəhbərlərini qəbulu edərkən bildirib.

“Şərq Tərəfdaşlığı həm də gələcəyin siyasətidir”, deyə Latviya prezidenti bildirib.

Qeyd edək ki, Latviyanın paytaxtı Riqa şәhәrindә Avropa İttifaqı "Şәrq tәrәfdaşlığı" sammiti öz işinə başlayıb.


Azәrbaycanı tәdbirdә xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tәmsil edir. Sammidә Aİ Xarici әlaqәlәr üzrә ali nümayәndә Federika Mogerini, Aİ Genişlәndirmә vә Qonşuluq Siyasәti üzrә komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz vә digәr Avropa İttifaqı vә Avropa Şurasının ali rəsmi şәxslәri iştirak edir.


Bu gün də davam edәcәk sammitin sonunda yekun bәyanatın imzalanması gözlәnilir.

/APA/


Müəllif:

Oxşar xəbərlər