Çində qəza törədən "Lamborghini" və "Ferrari" sürücüləri həbs edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Pekində filmlərdəki kimi yarışan iki gənc sürücü qəza törədib. Onlardan biri 4 digəri 5 ay həbs edilib.
Çinin Şinxua agentliyinin məlumatına görə, 20 yaşlı Yu Muçun və 21 Tang Ventiana 2900 dollar pul cəzası kəsilib.
Qəza zamanı avtomobillərdən birində olan qadın sərnişin yaralanıb.
"Lamborghini"nin sürücüsü Tang günahını etiraf edib:
"Bir səhv idi etdim. Ailəmi və dostlarımı üzdüm".
Ailəsi Tangın birjada çox pul qazandığını və "Lamborghini"ni həmin pulla aldığını söyləyib.
Qeyd edək ki, qəza zamanı avtomobillər 179 və 165 km sürətlə hərəkət edib.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm