Bolqarıstanın Burqas-Sredets magistralı yaxınlığında yerləşən kimya zavodunda yanğın baş verib.
Alov zavodun iki anbarında hazır plastmas məhsullarının alışması ilə başlayıb. Yanğın yaxınlıqda yerləşən istehsalat sexlərinə yaxınlaşır. Bu da ekoloji təhlükə yarada bilər. Zavodun bütün işçiləri evakuasiya edilib. Yanğınsöndürənlər güclü küləyə baxmayaraq alovu söndürməyə cəhd göstərirlər.