23 May 2015 08:44
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama etiraf edir ki, İraqın Ramadi şəhərinin İslam Dövləti (İD) silahlı qruplaşmasının əlinə keçməsi “taktiki geriləmədir”. Ancaq prezident deyib: “yaraqlılara qarşı mübarizədə uduzduğumuzu düşünmürəm”.

Obama mayın 21-də “The Atlantic” jurnalına danışıb. “Şübhəsiz, sünni ərazilərdə təkcə təlim deyil, həm də öhdəlik götürəcəyik. Biz sünni tayfaları indikindən daha yaxşı fəallıq göstərməsinə çalışacağıq,” prezident deyib.

İD ötən həftə Ramadi şəhərini, mayın 20-də isə Suriyanın qədim Palmira şəhərini ələ keçirib.


Müəllif:

Oxşar xəbərlər