İraqın baş naziri Heydər Əl-Abadi Rusiyada dövlət başçısı Vladimir Putinlə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin Kreml sarayında reallaşan görüşdə dünya iqtisadiyyatında və bölgədə yaşanan çətinliklərə baxmayaraq, Rusiya və İraq arasında əlaqələrin kəsilmədiyini, əksinə uğurlu bir şəkildə davam etdiyini söyləyib.
İki ölkə arasında ticarət həcminin son 2 ildə 10 dəfə artdığını qeyd edən Putin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə İraqa kömək edəcəyini də söz verib.
Abadi də öz növbəsində Moskva səfərinin iki ölkə əlaqələrində və terrorla mübarizədə xüsusi rol oynayacağını deyib.
Görüşündən sonra İraq və Rusiya arasında daha 40 hərbi vertolyotun alınması ilə bağlı razılaşma imzalanıb.
Samir