23 May 2015 09:54
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Yǝmǝnǝ göndǝrdiyi humanitar yardım daşıyan gǝmi Cibuti limanına çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İran ilǝ Sǝudiyǝ Әrǝbistanı arasında ziddiyyǝtǝ sǝbǝb olan gǝmi Cibuti limanında BMT tǝrǝfindǝn yoxlanılacaq.

BMT-nin Dünya Әrzaq Proqramının nümayəndələri yardımı öz gəmiləri ilə Yǝmǝnǝ aparacaqlarını bildirib. Gǝmidə 2500 ton un, düyü, su, ǝdyal vǝ dǝrman vasitlərinin olduğu açıqlanıb.

Qeyd edək ki, Sǝudiyǝ Әrǝbistanı gǝminin yoxlanılmadan Yǝmǝn sahillǝrinǝ girmǝsinǝ icazǝ vermǝyǝcǝyini bildirib. İran isə yardımın BMT tǝrǝfindǝn Yǝmǝnǝ çatdırılmasını qǝbul edib.

Samir


Müəllif: