23 May 2015 22:24
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə Kuba əlaqələrinin yenidən qurulmasına dair danışıqlar davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıqların dördüncü turuna Vaşinqton ev sahibliyi edib. Bu barədə verilən açıqlamada danışıqların uğurla keçdiyi və iki ölkənin diplomatik əlaqələrinin yenidən qurulmasına çox yaxın olduğu qeyd edilib.

Son 5 ay ərzində bu məsələdə irəliləyişlərin olduğu vurğulanan açıqlamada səfirliklər və diplomatların işləri barədə müzakirələrin aparıldığı da bildirilib. Bundan başqa açıqlamada danışıqların davam edəcəyi də vurğulanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər