Misirin Nyu-York şəhərindəki baş konsulluğu önündə toplanan nümayişçilər 2013-cü ilin iyulunda hərbi çevrilişlə hakimiyyətə gələn Əbdul-Fəttah Əs-Sisi rəhbərliyinə etiraz ediblər.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, etirazçılar Mursi və onun tərəfdarları haqqında Misir məhkəməsinin çıxardığı ölüm hökmünü “bir millətə verilən ölüm cəzası” kimi qiymətləndiriblər. Nümayişçilər Misirdə edam məhkumlarının geydiyi qırmızı paltarlar geyiniblər.
Etirazlara Nyu-Yorkda yaşayan türk cəmiyyətləri də dəstək verib.
Samir