24 May 2015 14:52
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada gənc qız selfi çəkərkən özünü silahla vurub.

Mühasib işləyən 21 yaşlı Viktoriya ofisdə silahla selfi çəkdirmək istəyib. Bunun üçün o, mühafizəçidən tapançasını istəyib, o da razılaşıb. Viktoriya silahı başına dayayaraq selfi çəkən vaxt səhvən silahın tətiyini çəkib. Nəticədə qız başından ağır yaralanıb və xəstəxanaya aparılıb. Onun hal-hazırda reanimasiyada olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. Silahına biganə yanaşan mühafizəçinin aqibəti isə hələlik bilinmir. Onun yalnız işdən çıxarıldığı deyilir. Etdiyi məsuliyyətsizliyə görə cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı isə bilinmir./anspress/


Müəllif:

Oxşar xəbərlər