Hindistanın cənubi "Andxra-Pradeş" və "Telenqana" ştatlarında isti havanın qurbanlarının sayı 300 nəfərə çatıb.
Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Verilən məlumata görə, ölənlərin əksəriyyəti evsiz insanlardı. Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə düşməyəcək.
Yerlı hakimiyyət insanlara yaxın günlərdə küçəyə çıxmamağı məsləhət görür və təhlükəsizlik qaydalarına riayyət etməyə çağırır.