24 May 2015 22:02
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan növbəti ay üçün Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəmək gücündə deyil.

Belə bir açıqlamanı ölkənin daxili işlər və administrativ istahatlar naziri Nikos Vuchis edib.

Nazirin “Meqa” telekanalına mayın 24-də verdiyi açıqlamaya görə, iyun ayında ödənməli olan borcun dəyəri 8 milyard dollardır:

“Bu pullar ödənməyəcək, çünki bizdə bu qədər pul yoxdur” – deyə nazir bildirib.

Elə həmin gün maliyyə naziri Yanis Varufakis BBC-yə deyib ki, Yunanıstan kredit verənlərlə, o cümlədən Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı ilə yeni maliyyə yardımı və iflasın qarşısının alınması ilə bağlı danışıqlarda böyük uğur əldə edib.

Varufakis müsahibəsində onu da deyib ki, aparıcı sol partiyanın bəzi üzvlərinin tələb etdiyi kimi avrozonanı tərk etmək ölkə üçün “faciə ilə sonlana bilər və bu, ümumiyyətlə avrolayihənin sonuna doğru ilk addım olar”.


Müəllif:

Oxşar xəbərlər