24 May 2015 23:51
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin polisi mayın 24-nə keçən gecə Almaniya Federativ Respublikası prezidenti Yoahim Qaukun paytaxtda yerləşən Belvyu qəsri ərazisinə yandırıcı qatışıqlı butulka atan şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Polis əməkdaşları yanğını söndürərək ciddi zərərin qarşısını ala biliblər. Bundan əlavə, saxlanılan şəxs qəsrin ərazisinə Qaukun siyasətini pisləyən bir topa vərəq də atıb.


Müəllif:

Oxşar xəbərlər