Türkiyədə geniş miqyaslı antiterror əməliyyatı həyata keçirilib.
Ağrı vilayətində keçirilmiş antiterror əməliyyatında saxlanılan 19 nəfərdən 14-ü həbs edilib.
Türkiyə mətbuatı yazır ki, zərərsizləşdirilən dəstə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) törəməsi olan YDG-H qruplaşmasına aiddir. Dəstə üzvlərindən xeyli miqdarda silah və sursatın ələ keçirildiyi bildirilir.
Ölkənin Şırnak bölgəsində isə İraq ərazisindən gələn 8 PKK-çı hökumət qüvvələrinə təslim olub.(anspress)