23 May 2014 10:37
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Ərdoğanın Almaniyada keçirəcəyi mitinq öncəsi başladılan təbliğat ilə bağlı şok iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, daha əvvəl də Ərdoğanın Almaniyaya səfər etdiyi, ancaq bugünkü qədər ona bəslənən nifrətin heç bir zaman müşahidə edilmədiyi nəzərə çarpır. Politoloq Həsən Köni Almaniyanın arada vasitə olaraq istifadə edildiyini deyib:

"Aparılan kampaniyanın məqsədi Ərdoğanı təzyiq altında saxlamaqdır. Almaniya isə burada ABŞ tərəfindən vasitə olaraq istifadə edilir. Almaniyadakı türklər çoxluq təşkil edir və iki ölkə arasında böyük bir ticarət var. ABŞ bu xüsusi əlaqədən istifadə edərək Türkiyəyə mesaj verir. Türk hökumətini sakitləşdirməyə, demokratik quruluşa dönməyə və daha liberal davranmağa, qorxudaraq məcbur etməyə çalışır. Almaniya da bu yolla Türkiyəyə "AB-yə daxil olmaq istəyirsinizsə, bizim kimi olmalısınız" mesajını verir. Yoxsa niyə bu təzyiq strategiyası Səudiyyə Ərəbistanına tətbiq edilmir? Düşünmək lazımdır".

Qeyd edək ki, 10 gündür Türkiyə hökumətinə qarşı təzyiqlər durmadan artır. Ekspertlərə görə, Türkiyəyə qarşı bu sərt mövqe Almaniya hökuməti, xarici güclər və Türkiyə daxilindəki qruplar vasitəsi ilə istiqamətləndirilir.


Müəllif: