Yəmənin cənubunda mərkəzi hökumətə sadiq silahlı qüvvələr şiəməzhəb husi döyüşçülərini Dalea şəhərindən çıxara biliblər, lakin başqa bir şəhərdə - Taizdə küçə döyüşləri yenidən qızışıb.
Hər iki tərəfdən itkilər barədə hələlik məlumat yoxdur.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya şiə qiymaçıların mövqelərinə paytaxt Sana və başqa yerlərdə havadan zərbələr endirir.
Bəzi xəbərlərə görə şiddətlənən döyüşlərin ucbatından bu həftənin sonuna razılaşdırılmış sülh danışıqları təxirə salına bilər.