26 May 2015 00:57
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş prokuroru Gevorq Kostanyan Ermənistan parlamentinin deputatları qarşısında çıxış edərkən öz ölkəsində nəinki yurisprudensiyanın, həmçinin bütün siyasi mədəniyyətin acınacaqlı səviyyədə olduğunu ortaya qoyub. Onun dediyinə görə, “soyqırımı” məsələsini həll etmək sən demə məhkəmənin işi deyil.

İsveçrəyə qarşı Doqu Perinçekin udduğu iş üzrə bu ölkənin hökumətinin apelyasiyasına baxan Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) misal gətirən G.Kostanyan deyib ki, bu məhkəmə Osmanlı imperiyasında 1915-ci il hadisələrini “soyqırımı” hesab edib-etməmək məsələsinin həllində nə az, nə çox, “səlahiyyətli deyil”. Amma o vaxt qonağı olmuş Serj Sarkisyanın suflyorluğu ilə Osmanlı imperiyasında erməni qiyamının nəticələrini “20-ci əsrin ilk soyqırımı” kimi səciyyələndirmiş Roma Papasının nitqini baş prokuror bir çox ölkələrin parlamentlərinin tanımasından daha mühüm hadisə adlandırıb.

Bütün ermənilərin katolikosu II Qaregin belə bir bəyanat vermiş olsaydı, onu dünya normalarından uzaq olan bir dindar qocanın sayıqlaması hesab etmək olardı. Lakin kilsə xadiminin deyil, hüquq dairəsi çərçivəsində düşünməsi zəruri olan Femida nümayəndəsinin belə sərsəmləməsi Kostanyanın peşə seçiminin adekvatlığını şübhə altına alır.


Müəllif:

Oxşar xəbərlər