Türkiyənin Nevşehir, Niğ və Aksaray şəhərlərinin bir neçə məktəbində qida məhsullarından kütləvi zəhərlənmə halı baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 397 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 394-ü məktəblidir. Rəsmilər zəhərlənmənin nahar yeməyindən sonra baş verdiyini bildiriblər.
Xəstəxanalardan verilən məlumatlara görə, hazırda şagirdlərin vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırmalar başlanıb.
Samir